Daha bir marşrut xətti karta keçdibackend

Daha bir marşrut xətti karta keçdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

14 iyun tarixindən “Bus Trans” MMC-nin müvəqqəti istismarında olan 206 nömrəli müntəzəm marşrut xətti (Lökbatan qəs. – “Elmlər Akademiyası” m/s) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, iş prosesinə uyğun olaraq, digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya ediləcək.

Bununla bağlı əvvəlcədən məlumat veriləcək.