Daha bir qaziyə İcra Hakimiyyətində vəzifə verildibackend

Daha bir qaziyə İcra Hakimiyyətində vəzifə verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daşkəsən Rayon İcra Hakimiyyətində (RİH) kadr dəyişikliyi olub.

İcra başçısı Əhəd Abiyevin müvafiq əmri ilə Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə şöbəsinin baş məsləhətçisi, dərəcə dövlət qulluqçusu, Vətən müharibəsi iştirakçısı Fəxri Akif oğlu Həsənov Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının digər əmri ilə Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Hüquq şöbəsinin müdiri Şıxəliyev Elmar Vaqif oğlu “Dövlət qulluğu haqqında Azərbaycan Respublikası Qanunu”nun 33-cü maddəsinin 1.5 və 1.6 bəndlərinə uyğun dövlət qulluğuna xitam verilərək tutduğu vəzifədən azad edilib.

 

İnterpress.az