DƏHŞƏTLİ QƏTL: 17 yaşlı oğlan sakit davranmasını istəyən kişinin başını asfalta çırpıb ÖLDÜRDÜ – FOTObackend

DƏHŞƏTLİ QƏTL: 17 yaşlı oğlan sakit davranmasını istəyən kişinin başını asfalta çırpıb ÖLDÜRDÜ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kuzbassda 17 yaşlı yeniyetmə ona sakit olmağı tənbeh edən kişini vəhşicəsinə döyərək öldürüb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Rusiyanın Kuzbass vilayətində yeniyetmənin törətdiyi amansız qətl hadisəsi ölkədə böyük hiddətə səbəb olub.

Yoldan keçən sakinin 17 yaşlı gəncə küçədə bir qədər sakit davranması ilə bağlı xəbərdarlıq etməsi faciə ilə nəticələnib.

Buna qəzəblənən aqressiv yeniyetmə qəfildən kişinin üzərinə atılaraq onun başına yumruq zərbələri endirib.

Kişi yerə yıxıldıqdan sonra isə o, bütün çəkisi ilə qurbanın başının üzərində tullanmağa və onun üzünü asfalta çırpmağa başlayıb.

Hadisəni kənardan izləyən şahidlər qorxduqları üçün müdaxilə edə bilməyiblər.

Ağır yaralanan kişi huşsuz vəziyyətdə xəstəxanaya yerləşdirilib və həkimlərin bütün səylərinə rəğmən, özünə gəlmədən dünyasını dəyişib.

Vəfat edən şəxsin yaxınlarının verdiyi məlumata görə, qatil gənc alkoqol asılılığı olan, qeyri-sabit və marqinal bir ailədə böyüyüb.

Hazırda məhkəmənin qərarı ilə onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. Lakin kişinin vəfatından sonra onun ittihamının “qəsdən sağlamlığa ağır zərər vurma nəticəsində ehtiyatsızlıqdan ölümə səbəb olma” maddəsinə dəyişdiriləcəyi və onu ağır həbs cəzasının gözlədiyi bildirilir.

Faktla bağlı istintaq tədbirləri davam etdirilir.

 

Xuraman Etibarlı

İnterpress.az