Rusiyada dəhşətli qəza baş verib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Starıy Oskolda baş verən dəhşətli qəza nəticəsində sürücü sözün əsl mənasında avtomobildən 10-15 metr kənara uçub.
“BMW X5” bir neçə dəfə aşıb və sürücü xeyli məsafə uzağa düşərək yerindəcə dünyasını dəyişib.
Rusiya Baş Dövlət Yol Müfəttişliyindən verilən məlumata görə, sürücünün özü 2024-cü ildə sürət həddini aşdığına görə 46 dəfə inzibati məsuliyyətə cəlb edilib.
Xuraman Etibarlı
İnterpress.az