Deputat: “Şəkərli diabetlə mübarizəyə başlamaq üçün vaxt çatıb”backend

Deputat: “Şəkərli diabetlə mübarizəyə başlamaq üçün vaxt çatıb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda şəkərli diabetlə mübarizəyə başlamaq üçün vaxt çatıb.

İnterpress.az xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında deputat Emin Hacıyev bildirib.

“Statistikaya görə, hər il Azərbaycanda şəkərli diabet xəstələrinin sayı 5 min nəfərə yaxın artır. Ölkəmizdə şəkərli məhsulların satış nöqtələri çoxalır. Bəzi ölkələrdə məhsullarda şəkərin miqdarı qanunla tənzimlənir. Bunu araşdırmaq zamanıdır. Şəkər siqaretdən heç də zərərsiz deyil. Müqayisə etsək bəlkə də daha çox zərərlidir”, – deyə o qeyd edib.