Deputat Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illiyi ilə bağlı aksiyalara start verdibackend

Deputat Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illiyi ilə bağlı aksiyalara start verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Deputat Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illiyi ilə bağlı aksiyalara start verdi

Yeni Azərbaycan Partiyasının yaranmasının 30 illiyi münasibətilə keçirilən tədbirlər çərçivəsində Milli Məclisin deputatı Ramil Həsənin təşəbbüsü ilə xoşməramlı aksiyaya start verilib. Təmsil etdiyi seçicilərinin sosial qayğıları ilə daim yaxından maraqlanan millət vəkilinin bilavasitə təşəbbüsü ilə Ucar rayonunun müxtəlif kəndlərində və rayon mərkəzində yaşayan bir qrup məktəbliyə mövsümə uyğun olaraq isti məktəbli forması və məktəb ləvazimatı hədiyyə edilib. Bundan əlavə, aksiya çərçivəsində xeyli sayda Ucar sakininə ərzaq bağlamaları təqdim edilib, həmçinin sakinlərin problemləri və onları narahat edən məsələlər öyrənilib.

Fürsətdən istifadə edərək, bu xoşniyyətli təşəbbüsə qoşularaq dəstək verdiklərinə görə “Hünər” Şirkətlər Qrupuna, o cümlədən şirkətin rəhbəri Ehtiram Quliyevə, “Missiya” Media Qrupa və digər şəxslərə dərin təşəkkürlərimizi bildiririk.

Son olaraq bildiririk ki, layihə müxtəlif formalarda noyabr ayının ortalarına qədər davam edəcəkdir.

image-8792a65a-25bc-49c2-973f-6145346ac094 image-e7615775-dba2-4146-a902-20454e956539 image-4555bc93-97ba-43ca-a312-0a1c6caf7a19 image-e7ca82d5-a1ca-4375-906f-47d107e0f4e3 image-6c7b0ec3-291f-4730-89c4-df9a9e6dea28