Deputatlar onlara odlu silah gəzdirmək hüququnun verilməsini İSTƏYİRLƏRbackend

Deputatlar onlara odlu silah gəzdirmək hüququnun verilməsini İSTƏYİRLƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyalı deputatlar odlu silah gəzdirmək istəyirlər.

interpress.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb. Bildirilir ki, Dövlət Dumasının Təhlükəsizlik Komitəsinin üzvü Sultan Həmzəyev mümkün təxribatları və deputatlara, o cümlədən Rusiya Federasiyasının düşmənlərindən olan xüsusi diqqəti nəzərə alaraq deputatlara odlu silah gəzdirmək hüququnun verilməsini təklif edib.

Siyasətçi bunun təhlükəsizlik məsələsi olduğunu qeyd edib. O xatırladıb ki, Rusiya Milli Qvardiyası bu yaxınlarda Mərkəzi Bankın rəhbərliyinə silah gəzdirməyə icazə verilməsini təklif edib.

“Deputatlar da eyni imkana malik olmalıdırlar”, – Həmzəyev vurğulayıb.

Onun sözlərinə görə, heç də bütün deputatların şəxsi mühafizə xidmətinin əməkdaşlarının olması imkanı yoxdur və ehtiyat tədbirləri görülməlidir. Bununla bağlı deputatlar üçün xüsusi kursların keçirilməsini zəruri hesab edib.

Xuraman Etibarlı

İnterpress.az