Doqquzuncu mərtəbədən yıxılan şəxs Sabunçu Tibb Mərkəzində öldü – YENİLƏNİBbackend

Doqquzuncu mərtəbədən yıxılan şəxs Sabunçu Tibb Mərkəzində öldü – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Babək prospektində doqquzuncu mərtəbənin eyvanından yıxılan Rauf Aydazadə həyatını itirib.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Sabunçu Tibb Mərkəzindən bildirilib.

Qeyd olunub ki, martın 24-ü saat 16:35-də 1967-ci il təvəllüdlü şəxs (kişi cinsli) Sabunçu Tibb Mərkəzinə hospitalizasiya edilib. Açıq kəllə-beyin travması diaqnozu ilə yaralı cərrahi profilli Reanimasiya şöbəsinə ağır vəziyyətdə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, xəsarət alan şəxs martın 25-i saat 1 radələrində vəfat edib.

08:53

Bakının Nizami rayonunda yaşlı kişi bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.

APA xəbər verir ki, hadisə Babək prospektində qeydə alınıb.

Belə ki, 33A ünvanında yerləşən çoxmərtəbəli binanın 9-cu mərtəbəsində yaşayan 1967-ci il təvəllüdlü Rauf Rafiq oğlu Aydazadə eyvandan yıxılıb.

Ağır xəsarətlər alan R.Aydazadə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib

interpress.az