Dövlət teatrlarında bədii rəhbər və baş rejissor vəzifələri ləğv edilibbackend

Dövlət teatrlarında bədii rəhbər və baş rejissor vəzifələri ləğv edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda dövlət teatrlarında baş rejissor ştatı ləğv edilib.

Bu barədə Mədəniyyət Nazirliyindən bildirilib.

Qeyd edilib ki, o cümlədən baş rəssam, bədii rəhbər ştatları da ləğv edilib, bir sıra texniki vəzifələr isə yeni adlarla adlandırılıb.

Qeyd edək ki, Mədəniyyət Nazirliyi tərəfindən dövlət teatrlarının idarəetmə sisteminin təkmilləşdirilməsi istiqamətində müvafiq qərarlar qəbul edilib.