Dövlət Xidməti Amaras monastırında monitorinqlər aparıbbackend

Dövlət Xidməti Amaras monastırında monitorinqlər aparıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qarabağdakı tarixi-mədəni abidələrdə 2020-ci ildən başlayaraq, eləcə də 2023-cü ildə həyata keçirilən anti-terror tədbirlərindən sonra Dövlət Xidmətinin əməkdaşları tərəfindən monitorinqlər aparılıb.

İnterpress.az xəbər verir ki, bunu jurnalistlərə açıqlaması zamanı Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva APA-nın müvafiq sualına cavabında deyib.

Xidmət rəisi bildirib ki, siyahıda olan 705 abidədən yalnız 163-də hələlik monitorinq aparılmayıb: “Bu da onların yerləşdiyi ərazilərə görədir. Çünki həm relyef baxımından, həm də digər təhlükəsizlik məsələlərinə görə orada hələ ki monitorinq aparmaq mümkün deyil”.

Səbinə Hacıyevanın sözlərinə görə, 2023-cü ilin sentyabrındakı anti-terror tədbirlərindən sonra bir çox tarixi-mədəni abidələrdə olduğu kimi, Amaras monastırında da monitorinq aparılıb.