Dünya Bankı Belarusa verilən kreditləri problemli kimi tanıdıbackend

Dünya Bankı Belarusa verilən kreditləri problemli kimi tanıdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünya Bankı Belarusa verilmiş bütün kreditlərin işlək olmadığını elan edib.

“Bu tədbir Dünya Bankının müəyyən etdiyi prosedura uyğun olaraq həyata keçirilib və ona əsasən, ölkəyə verilən və ya onun zəmanət verdiyi bütün kreditlər hər hansı kredit üzrə ödəniş altı aydan çox gecikdirildikdə qeyri-işlək hala gəlir”, – deyə bankdan bildirilib.

Hazırda Belarusun vaxtı keçmiş ödənişləri 68,43 milyon dollar təşkil edir. Belarus tərəfindən ödənilməmiş kreditlərin əsas məbləği 967 milyon dollardır ki, bu da DB-nin ödənilməmiş kreditlərinin 0,42%-i deməkdir.

Mənbə: unian.net