Dünya Bankı: Qəzza iqtisadiyyatı 80 faizdən çox daralıbbackend

Dünya Bankı: Qəzza iqtisadiyyatı 80 faizdən çox daralıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünya Bankı Qəzza iqtisadiyyatının ötən ilin son rübündə İsrailin hücumları səbəbindən yüzdə 80-dən çox azaldığını bildirib.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

Dünya Bankı İsrailin hücumlarının Fələstin iqtisadiyyatına təsirləri ilə bağlı hesabatını dərc edib.

Hesabatda 2023-cü ilin oktyabr ayından Qəzzaya edilən hücumların böyük insan itkisinə səbəb olduğu və hücumların Fələstin iqtisadiyyatına da əhəmiyyətli təsirləri olduğu açıqlanıb.

Hesabatda qeyd olunub ki, qarşıdurmaların bölgədəki əhali üzərində qalıcı təsirlər qoyması, Qəzzada əvvəllər mövcud olan humanitar böhranı daha da şiddətləndirəcək və həm Qəzzada, həm də İordan çayının qərb sahilində iqtisadi çətinlikləri əhəmiyyətli dərəcədə artıracaq.