Dünyada koronavirusa qarşı peyvənd edilənlərin sayı AÇIQLANDIbackend

Dünyada koronavirusa qarşı peyvənd edilənlərin sayı AÇIQLANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyada koronavirusa qarşı peyvənd edilənlərin sayı 5 milyardı keçib.

TASS xəbər verir ki, onların təxminən yarısı iki ölkənin – Çinin (1,96 milyard) və Hindistanın (0,59 milyard) payına düşür.

Hazırda dünyada koronavirusa qarşı 5,002 milyard vaksin vurulub. Planetdə neçə nəfərin tam peyvənd kursunu keçdiyini dəqiqliyi ilə müəyyən etmək hələ mümkün deyil. Çünki, əksər ölkələr COVID-19-a qarşı yalnız təsdiqlənmiş peyvəndlərin sayı və vurulan peyvəndlərin miqdarı barədə məlumat verir.

Malta, İslandiya, Portuqaliya, Birləşmiş Ərəb Əmirlikləri və Seyşel Adaları kimi dövlətlərdə əhalinin 75 %-dən çoxu azı bir komponentlə peyvənd olunub.

Vurulan dozaların sayına görə (0.36 milyarddan çox) üçüncü yerdə olan ABŞ-da bu günə qədər 12 yaşdan yuxarı sakinlərin 71 %-i (200 milyondan çox amerikalı) azı bir doza koronavirus peyvəndi vurdurub.