Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) xidməti istifadədə olan patrul avtomobilləri üçün ehtiyyat hissələri və servis xidmətlərinin göstərilməsi ilə bağlı elan etdiyi tenderə yekun vurub.
İnterpress.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, tenderin nəticələrinə əsasən, patrul avtomobillərinə bu xidmətləri “İmprotex Motors” şirkəti göstərəcək.
BDYPİ sözügedən xidmətlərin müqabilində şirkətə 248.868,66 manat ödəniş edəcək.
Qeyd edək ki, “İmprotex Motors” şirkəti 1997-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Azərbaycanın keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovdur. O, 2006-2013-cü illərdə nazir vəzifəsində çalışıb.