Əfqanıstanda avtobusda partlayış: 7 nəfər öldübackend

Əfqanıstanda avtobusda partlayış: 7 nəfər öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əfqanıstanın şimalındakı Bəlx vilayətinin mərkəzi rayonu olan Məzari-Şərifdə zabitləri daşıyan avtobusa bombalı hücum nəticəsində 7 nəfər ölüb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Hadisə zamanı 6 nəfərin yaralandığı bildirilib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları, təcili tibbi yardım qrupları cəlb olunub.

Hələlik terrora görə məsuliyyəti heç kim üzərinə götürməyib.