Əhməd-Əfəndi: “Dağıstan vasitəsilə Rusiyanı sarsıtmağa çalışırlar”backend

Əhməd-Əfəndi: “Dağıstan vasitəsilə Rusiyanı sarsıtmağa çalışırlar”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Dağıstan vasitəsilə Rusiya Federasiyasında vəziyyəti gərginləşdirmək istəyirlər”.

İnterpress.az xəbər verir ki, Dağıstan müftisi Əhməd-Əfəndinin bu fikirləri Dağıstan Müftiliyinin saytında yer alıb. O bildirirb ki, xarici qüvvələr Rusiyanı Dağıstanın “əli ilə” dağıtmaq istəyirlər.

“Rusiya indi müharibə vəziyyətindədir. Belə bir məqamda kənardan istənilən şərh və təzyiq ölkəni daxildən sarsıtmağa, zəiflətməyə və düşmənin öz qüvvələrini daxili problemlərə yönəltmək istəyinə yönəlmiş təxribatdır. Və Dağıstan ətrafında həmişə xüsusi vəziyyət, xüsusi maraq olub, indi isə o, xeyli güclənib.

Belə çıxır ki, bizim bölgəmiz asanlıqla sarsıla bilən zəif halqa kimi görünür”, – Dağıstan müftisi Əhməd-Əfəndi qeyd edib.

Onun sözlərinə görə, “düşmənlər respublikada vəziyyəti sarsıtmaq istəyirlər”.

“Düşmənlər respublikada vəziyyəti sarsıtmaq istəyirlər. Müftiliyi gözdən salmaqla, müsəlmanları parçaladığını, müxtəlif cərəyanlara əhəmiyyət vermədiyini bəyan edirlər.

Müsəlmanların birliyi üçün heç kim Müftiliyin etdiyi qədər iş görməyib. Müftiliyin rəhbərliyi bir vaxtlar xalqı cilovlamasaydı, Çeçenistan, Suriya və Fələstin birlikdə çoxdan burada olardılar”, – deyə müfti vurğulayıb.

Xuraman Etibarlı

İnterpress.az