Ekvadorun Pastaza əyalətində helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub.
İnterpress.az xəbər verir ki, bu barədə Ekvador Silahlı Qüvvələri X sosial şəbəkə hesabında məlumat yayıb.
“Ekvador Ordusu xilasetmə əməliyyatlarından sonra MI 171 E helikopterinin ekipajının və sərnişinlərinin cəsədlərinin aşkar edildiyini ictimaiyyətə bildirməkdən təəssüflənir”, – bəyanatda deyilir.
Qeyd olunub ki, helikopter daşqınlardan zərər çəkmiş əhaliyə humanitar yardım çatdırırdı.