Motosikletçi epilepsiya tutması zamanı idarəetməni itirərək başını metal dirəklərə çırpıb
İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Hadisənin Filippində baş verdiyi bildirilir.
Motosiklet sürücüsünün iştirakı ilə dəhşətli və kədərli yol qəzası baş verib. Hərəkətdə olan motosikletçi sükan arxasında qəfildən epilepsiya tutması keçirərək nəqliyyat vasitəsinin idarəetməsini tamamilə itirib.
Nəzarətdən çıxan motosiklet yüksək sürətlə yol kənarındakı metal maneələrə çırpılıb.
Qəza zamanı zərbənin gücündən sürücünün başı kəskin şəkildə kənar çəpərin iti metal dirəklərinə girərək ağır və ölümcül zədə alıb.
Hadisə yerinə dərhal xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb olunub. Ağır xəsarət alan sürücünün xilas edilməsi istiqamətində tibbi və xilasetmə tədbirləri görülüb.
Faktla bağlı rəsmi araşdırma başladılıb.
Xuraman Etibarlı
İnterpress.az






