İranın xarici işlər naziri Husi Ənsar Allah təşkilatının yüksək rütbəli nümayəndəsi ilə görüşüb.
İnterpress.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.
İranın xarici işlər naziri Əraqçi Maskatda Yəmənin Husi Ənsar Allah təşkilatının yüksək rütbəli nümayəndəsi Əbdül Salam ilə görüşüb.
İranlı nazir qeyd edib ki, təşkilatın Fələstin xalqı ilə həmrəyliyi və dəstəyi “Fələstin xalqının qələbə çalması və müqaviməti, həmçinin sionist rejimə qarşı atəşkəs elan edilməsində mühüm rol oynayıb”.
Salam da öz növbəsində bildirib:
“Biz regionda baş verən prosesləri və atəşkəs razılaşmasının icrasını izləyirik və təcavüzkarların istənilən hərəkətinə tam hazırıq”.
Xuraman Etibarlı
İnterpress.az