Ərdoğan: “Türkiyə regionda sülhün təmin olunması üçün çalışır”backend

Ərdoğan: “Türkiyə regionda sülhün təmin olunması üçün çalışır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə regionda sülhün təmin olunması üçün çalışır.

İnterpress.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yalovada keçirilən “Mavi Vətənə Güc: Yeni Dəniz Platformalarının təslim edilməsi mərasimi”ndə çıxışı zamanı deyib.

O bildirib ki, rəsmi Ankara bunun üçün bütün səylərini ortaya qoyur.

R.T.Ərdoğan söyləyib ki, vaxtlə Türkiyənin Rusiya-Ukrayna müharibəsindəki vasitəçiliyini qınayanlar bu gün peşmanlıq çəkirlər.

Türkiyə liderinin sözlərinə görə, demokratiyadan, insan haqlarından danışanlar dünyada baş verən zülmlərə göz yumur: “Dünyada təhlükəsizliyin təmin olunmasına görə məsuliyyət daşıyan beynəlxalq qurumlar sinifdə qalıb”.

Prezident qeyd edib ki, Türkiyə PUA istehsalında dünyada ilk sıralardadır: “Türkiyə bunu öz gücünə, sanksiyalara rəğmən bacarıb. Artıq dost və qardaş ölkələrə də silah ixrac edirik. Əlbəttə, işlərimizi davam etdirəcəyik”.

R.T.Ərdoğan əlavə edib ki, Türkiyənin hədəfi müdafiə sənayəsi sahəsində tam müstəqil olmaqdır.