Ərinin telefonundakı xəyanət yazışmasını görən qadın İNTİHAR ETDİbackend

Ərinin telefonundakı xəyanət yazışmasını görən qadın İNTİHAR ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çelyabinskdə ərinin xəyanətini öyrənən 35 yaşlı qadın sirkə turşusu içərək intihar edib.

İnterpress.аz xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Rusiyanın Çelyabinsk şəhərində ailə faciəsi ilə nəticələnən sarsıdıcı intihar hadisəsi qeydə alınıb. 35 yaşlı Oksana həyat yoldaşının telefonunda onun başqa bir qadınla olan sevgi yazışmalarını gördükdən sonra öz canına qəsd edib.

Məlumata görə, gənc qadın uzun müddətdir həyat yoldaşının ona xəyanət etdiyindən şübhələnib, lakin hadisədən bir gün əvvəl telefonda bunu təsdiqləyən konkret faktları aşkarlayıb.

Yaşadığı ağır mənəvi sarsıntıdan göz yaşları tökən Oksana mətbəxdə əlinə keçən ilk kəskin maddəni – sirkə esensiyasını götürərək düşünüb-daşınmadan onu içib.

O, daxili orqanlarının aldığı ağır kimyəvi yanıq xəsarətlərindən hadisə yerindəcə dünyasını dəyişib.

Faktla bağlı yerli hüquq-mühafizə orqanları tərəfindən rəsmi təhqiqat başladılıb.

Polis qəsdən özünü öldürmə həddinə çatdırma maddəsi üzrə hadisənin digər təfərrüatlarını araşdırır.

Xuraman Etibarlı

İnterpress.аz