Erməni deputat: “Hərbçilərimiz tezliklə qayıda bilər”backend

Erməni deputat: “Hərbçilərimiz tezliklə qayıda bilər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2020-ci ilin dekabr ayında Hadrut istiqamətində və müxtəlif vaxtlarda sərhəddə həyata keçirilən antiterror tədbirləri zamanı saxlanılan erməni hərbi qulluqçuları yaxın günlərdə Ermənistana qayıda bilər.

İnterpress.az “Sputnik-Armeniya”ya istinadən xəbər verir ki, bunu parlamentdə jurnalistlərə açıqlamasında “Mülki müqavilə” fraksiyasının deputatı, xarici əlaqələr komissiyasının rəhbəri Sarkis Xandanyan deyib.

“Düşünürəm ki, onlar bir neçə günə, hətta saata qayıda bilərlər”, – deputat bildirib.

Onun sözlərinə görə, hərbçilərin mübadiləsi Ermənistan-Azərbaycan sərhədində baş tuta bilər.

Deputat ümidvardır ki, tərəflər arasında dünənki razılaşma sülh sazişinin imzalanması prosesini sürətləndirmək üçün növbəti stimul olacaq.