Erməni keşiş ÇƏRƏNLƏDİ: “Qarabağı mütləq qaytaracağıq”backend

Erməni keşiş ÇƏRƏNLƏDİ: “Qarabağı mütləq qaytaracağıq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Robert Koçaryanın “dirijorluğu” ilə Ermənistandakı yürüşə rəhbərlik edən keşiş Baqrat Srbazan sərsəmləyib.

İnterpress.az xəbər verir ki, erməni keşiş həvəslənib yenə Qarabağı erməni torpağı adlandırıb və ora qqayıtmağın mütləqliyini çərənləyib.

“Qarabağ bizim vətənimizdir, evimizdir, Ermənistanın ayrılmaz hissəsidir. Bəli, biz Qarabağa qayıtmalıyıq”, – Srbazan deyib.

O, onlara fərqli yanaşan hər kəsi mürtəd və yəhudi adlandırıb, “Qarabağa qayıdış olacaq, başqa çıxış yolu yoxdur” deyib.

P.S. Belə görünür ki, Srbazan kimi mənfur xislətli ermənilər “Dəmir Yumruğ”un zərbəsinə, gücünə o qədər adət ediblər ki, təkrar zərbəyə ehtiyac duyurlar. Azərbaycan Ordusu hər qarış torpağını qoruyur, müdafiə edir və heç kəsə torpağından artıq “pay” verməz, zor gücünə də olsa. Gələcəkləri varsa, görəcəkləri də var!

Xuraman Etibarlı

İnterpress.az