Ermənistan-Gürcüstan dövlətlərarası avtomobil yolunun Alaverdi-Odzun kəsişməsində nəqliyyatın hərəkəti bərpa edilib.
İnterpress.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Bildirilir ki, “Hayakve”nin təşəbbüsü ilə ermənilərin bağladığı yol artıq açılıb. Yola çoxlu sayda avtomobil yığılıb.
Təşəbbüsün üzvü Avetik Çalabyan toqquşmaya getməməyə çağırıb. Aksiyanın iştirakçıları yolu açıblar.
Lori Marz şəhərinin polis rəisi Artur Zakaryan polisə yol hərəkətini patrulla nizamlamağı tapşırıb.
Xuraman Etibarlı
İnterpress.az