Ermənilər “Maşa və Ayı“nı “YouTube“dan sildirdi – Səbəbbackend

Ermənilər “Maşa və Ayı“nı “YouTube“dan sildirdi – Səbəb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya istehsalı olan məşhur “Maşa və Ayı” cizgi filminin Azərbaycandan bəhs edilən son buraxılışı rəsmi “YouTube” səhifələrindən silinib.

Yenisabah.az xəbər verir ki, sözügedən buraxılış erməni diasporu tərəfindən şikayət edilərək sildirilib.

Həmin bölümdə Azərbaycandan bəhs edilirdi və “Cırtdan” xalq nağılı əsasında hazırlanmışdı.

Buraxılışda Azərbaycanın milli mətbəxinin nümunələri – çörəkdən, dolmadan bəhs edilir, şəkərbura, paxlava nümayiş olunurdu.

Bundan başqa, filmdə məşhur “Cücələrim” mahnısı da səsləndirilirdi.

Ermənilər “Maşa və Ayı“nı “YouTube“dan sildirdi - Səbəb
 
 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri