“Ermənistan intellektual kapital indeksinə görə 91-ci yerdədir, bu göstərici Azərbaycan, Gürcüstan və hətta Vanuatudan da aşağıdır”.
İnterpress.az erməni mediasına istinadla xəbər verir ki, bu barədə iqtisad elmləri doktoru Qriqori Vaqanyan aprelin 17-də müzakirə zamanı bildirib.
O bildirib ki, son 10 ildə Ermənistanda elmlər doktorlarının sayı 150 nəfər, elmlər namizədlərinin sayı 1000 nəfər, universitetlərdə professor-müəllim heyəti isə 2000 nəfər azalıb.
Vaqanyan əlavə edib ki, son 10-15 ildə Ermənistanda elmlər namizədi müdafiə edənlərin sayı iki dəfə azalıb, yəni bilik istehsalı bu qədər azdır.
O vurğulayıb ki, Ermənistan intellektual kapital indeksinə görə 91-ci yerdədir, bu göstərici Azərbaycan, Gürcüstan və hətta Vanuatudan da aşağıdır.
Onun fikrincə, təhlükəsizlik birbaşa savadlılıqla bağlıdır: insan nə qədər savadsızdırsa, bir o qədər təhlükəlidir.
Xuraman Etibarlı
İnterpress.az