Ermənistan Metsamorda yeni enerji bloku quraşdırmağı planlaşdırırbackend

Ermənistan Metsamorda yeni enerji bloku quraşdırmağı planlaşdırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda baş nazir Nikol Paşinyanın qərarı ilə Metsamor Atom Elektrik Stansiyasında yeni nüvə reaktorunun tikintisi imkanlarını araşdırmaq üçün qurumlararası işçi qrupu yaradılacaq.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Ermənistan hökumətinin saytında dərc olunmuş fərmana uyğun olaraq, işçi qrup mövcud AES-də yeni atom enerji blokunun tikintisi, yerləşdiriləcək kiçik modul reaktorların yararlılığı və lazımi texnologiyaların seçilməsi ilə bağlı araşdırma aparacaq.

İşçi qrupunun rəhbəri hər iki aydan bir baş nazir aparatına fəaliyyəti ilə bağlı məlumat təqdim edəcək.

ABŞ Dövlət Departamenti Ermənistan da daxil olmaqla bir çox ölkələrin Rusiya və Çin Xalq Respublikasından enerji asılılığını azaltmasına kömək edə biləcək ABŞ texnologiyası ilə istehsal edilən kiçik modul nüvə reaktorlarının yaradılması ilə bağlı texniki-iqtisadi əsaslandırmaların aparıldığını açıqlayıb.

Paşinyan mayın 24-də verdiyi bəyanatda Metsamor Atom Elektrik Stansiyasının müəyyən istifadə müddətinin olduğunu və nüvə enerjisi ilə bağlı Rusiya, ABŞ və üçüncü ölkələrlə danışıqların aparıldığını vurğulayıb.

Türkiyə sərhədinə yaxın olan Metsamor Atom Elektrik Stansiyası ölkə elektrik enerjisinin təxminən 40 faizini istehsal edir.