Ermənistan müxalifəti parlamenti ələ keçirməyə hazırlaşırbackend

Ermənistan müxalifəti parlamenti ələ keçirməyə hazırlaşır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müxalif “İşıqlı Ermənistan” partiyasının sədri Edmon Marukyan artıq parlamentdədir.

İnterpress.az xəbər verir ki, Marukyan parlamentdə olduğunu sosial şəbəkə vasitəsilə bəyan edib.

“Mən Milli Məclisdəyəm. 9 noyabr gecəsi canlı yayımla bütün deputatlara müraciət edərək yaranmış vəziyyətdən çıxış yolları tapmaq üçün onları bura dəvət etdim. Biz hələ də gözləyirik. Gəlin, birlikdə müzakirə edək və vəziyyətdən çıxış yolu tapaq”, – deyə o bildirib.

Müxalifətçi deputat həmçinin etirazçılara müraciət edərək onlardan hakim “Mənim addımım” partiyasının deputatlarını parlamentin binasına buraxmağı xahiş edib.

 

İnterpress.az