“Ölkə təhlükədədir, milli sıçrayış lazımdır”.
İnterpress.az xəbər verir ki, bunu “Ermənistan” fraksiyasının üzvü İşxan Saqatelyan aprelin 9-da Ermənistan parlamentdə baş nazirin müavini Mher Qriqoryan və Ararat Mirzoyanla qapalı görüşdən sonra jurnalistlərə bildirib.
“Ararat Mirzoyan deyir ki, bu ərazilərdən əl çəkməsək, müharibə olacaq.
Nə qədər ki, onların rəhbərlik etdiyi siyasi çoxluq var, bəli, onlar ölkəni uçuruma aparacaqlar”, – Saqatelyan deyib.
Bu görüşdən sonra Tavuş əhalisinə nə deyə bilərsiniz deyə soruşduqda, Saqatelyan belə cavab verib:
“Mən təkcə Tavuş xalqına deyil, bütün Ermənistan xalqına deyə bilərəm ki, ölkə təhlükədədir. Çünki hakimiyyətdə bir qrup adam var.
Onlar ölkəni yeni çağırışlara aparır və bunun qarşısını almaq üçün üç səviyyədə müqavimət lazımdır.
Müxalifətə ehtiyac var ki, hansısa mərhələdə milli sıçrayış etsin. Bu hakimiyyətdən qurtulmaq, başımıza asılan yeni kapitulyasiyanın qarşısını almaq mümkün olsun”, – Saqatelyan qeyd edib.
Xuraman Etibarlı
İnterpress.az