“Ermənistana “hədiyyə edilən” bütün torpaqlar Azərbaycana qaytarılacaq” – POLİTOLOQbackend

“Ermənistana “hədiyyə edilən” bütün torpaqlar Azərbaycana qaytarılacaq” – POLİTOLOQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İşğal altında olan torpaqlarımızın geri qaytarılması uzun bir prosesin başlanğıcıdır və bu istiqamətdə atılan ilk addımdır. Azərbaycanın düşmən işğalı altında olan ərazilərinin sayı hələ yetərincədir və düşünürəm ki, Paşinyan özündə cürət tapıb mərhələ-mərhəhə bu torpaqları geri verəcək.

Bu fikirləri Ermənistanla Azərbaycan arasında başlanan delimitasiya-demarkasiya prosesini dəyərləndirən politoloq Əlimusa İbrahimov İnterpress.az-a açıqlamasında bildirib.

Politoloqun fikrincə, proses təzə başlayıb və mərhələ-mərhələ bütün işğal altında olan torpaqlarımızın taleyinə aydınlıq gətiriləcək.

“Paşinyanın bir ay bundan öncə parlamentdə elan etdiyi kimi delimitasiya və demarkasiya prosesi Tavuşdan başladı. Nəhayət o, verdiyi vədlərin arxasında dayana bilmək cəsarət nümayiş etdirə bildi.

Ermənistanda Paşinyanın bu addımına qarşı ciddi müxalifətin olmasına baxmayaraq dünya dövlətləri bu hadisədən məmnun qaldıqlarını elan etdilər.

Bu hadisə sübut edir ki, Ermənistan arxasında dayanan xarici qüvvələrin onun təhlükəsizliyini təmin etmək barədə verdiyi vədlərə, yumşaq desək, artıq ümid etmir. Paşinyan başa düşür ki, nə qədər vəd versələr də, ölkəsinin təhlükəsizliyi Fransa və ABŞ ilə deyil, Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılmasından keçir.

Azərbaycanın erməni işğalından azad olunan 4 kəndinin qısa müddətdə respublikamıza reinteqrasiya olunması istiqamətində proses artıq başlayıb. Düşünürəm ki, qısa müddət ərzində oranın sakinlərinin geri dönüşü başlanacaq.

Yaxın zamanlarda isə Azərbaycanın ərazi vahidi kimi iqtisadiyyatımızın inkişaf etdirilməsində bu kəndlərin payını görəcəyik”, – politoloq vurğulayıb.

Əlimusa İbrahimov işğal altında qalan digər 4 kəndin və ermənilərin özününkü hesab etdiyi Başkəndin taleyinin necə olacağını da proqnozlaşdırıb.

“Dörd kəndin Azərbaycana qaytarılması uzun bir prosesin başlanğıcıdır və bu istiqamətdə atılan ilk addımdır. Azərbaycanın düşmən işğalı altında olan ərazilərinin sayı hələ yetərincədir və düşünürəm ki, Paşinyan özündə cürət tapıb mərhələ-mərhəhə bu torpaqları geri verəcək.

Düşünürəm ki, biz bir daha “Dəmir Yumruğun” sehirli qüvvəsinə müracət etməyəcəyik.

Başkənd məsələsi də Azərbaycanla Ermənistan arasında müzakirəsi tələb olunan ciddi hadisələrdəndir. Onun qaytarılması deyil, müzakirələr masasına çıxarılaraq, nədən o zamanlar Azərbaycandan qoparlaraq Ermənistana verilməsi şəraiti aydınlaşdırılmalıdır.

Düşünürəm ki, 1921-ci ildən SSRİ-nin dağılmasına qədər Mərkəzi Komitə tərəfindən Ermənistana “hədiyyə edilən” bütün Azərbaycan torpaqlarının taleyinə aydınlıq gətriləcək. Bu zaman kimin haqlı olduğu da ortaya çıxavcaq”, – politoloq fikrini yekunlaşdırıb.

Xuraman Etibarlı

İnterpress.az