Ermənistanda doğum səviyyəsi kəskin AŞAĞI DÜŞÜBbackend

Ermənistanda doğum səviyyəsi kəskin AŞAĞI DÜŞÜB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda doğum səviyyəsi azalır.

İnterpress.az xəbər verir ki, bunu Ermənistan Milli Statistika Komitəsinin dərc etdiyi məlumatlar sübut edir.

Ermənistanda 2024-cü ilin yanvar-mart aylarında doğum səviyyəsi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 8,4% azalıb.

Bildirilir ki, hesabat dövründə 8059 uşaq doğulubsa, 2023-cü ilin 3 ayında 8802 yeni doğulmuş körpə olub.

Eyni zamanda, bu dövrdə 114 ölü doğuş faktı qeydə alınıb ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 17,5% çoxdur.

Ümumilikdə, 2024-cü ilin birinci rübündə ölkədə 7104 nəfər ölüb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 4,9% çoxdur.

O da qeyd edilir ki, əhalinin təbii artımı 955 nəfər olub, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 53% azdır.

Xuraman Etibarlı

İnterpress.az