Ermənistanda etiraz edən avtobus sürücülərindən 18-i İŞDƏN QOVULDUbackend

Ermənistanda etiraz edən avtobus sürücülərindən 18-i İŞDƏN QOVULDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda etiraz edən avtobus sürücülərindən 18-i işdən çıxarılıb.

İnterpress.az xəbər verir ki, bu barədə İrəvan meriyasının mətbuat katibi Hayk Kostanyan erməni mediasına bildirib.

“İşdən çıxarılan 18 avtobus sürücüsü Əmək Məcəlləsinin işçi tərəfindən onlara dəymiş maddi ziyana görə işəgötürənin müqaviləyə xitam vermək hüququ ilə bağlı müddəalarına əsasən işdən azad edilib”, – Kostanyan deyib.

O, qeyd edib ki, işçi nəticəsində işəgötürənə maddi ziyan vurulmuş və ya vurula biləcək hərəkətlər törədilibsə, işəgötürənin etimadını itirmiş işçi ilə əmək müqaviləsinə xitam vermək hüququ var.

“Bu əsasda nəzərdə tutulmuş hallarda işəgötürən işçini xəbərdar etmədən əmək müqaviləsini ləğv etmək hüququna malikdir”, – Kostanyan izah edib.

Xuraman Etibarlı

İnterpress.az