Ermənistanda ETİRAZ: Ermənilər Marqara-Vanadzor yolunu bağladılarbackend

Ermənistanda ETİRAZ: Ermənilər Marqara-Vanadzor yolunu bağladılar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda ermənilər Marqara-Vanadzor yolunu bağlayıblar.

İnterpress.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Bildirilir ki, Armavir rayonunun Vardanaşen kəndinin sakinləri suvarma suyunun baha olmasına etiraz olaraq Marqara-Vanadzor yolunu bağlayıblar.

Kənd sakinlərinin sözlərinə görə, suvarma suyunun qiyməti o qədər bahadır ki, bağlarını sulaya bilmirlər. 100-dən çox kənd sakini yolu bağlayıb və Ermənistan hökumətinin nümayəndələri ilə görüş tələb ediblər.

Etirazçılardan birinin sözlərinə görə, polis gəlib və danışıqlar aparmağa çalışır, lakin kənd sakinləri yolu açmaq fikrində deyillər.

Xuraman Etibarlı

İnterpress.az