Ermənistanda müharibə ilə bağlı 180 hərbçi saxlanılıb, 500 nəfər məsuliyyətə cəlb edilibbackend

Ermənistanda müharibə ilə bağlı 180 hərbçi saxlanılıb, 500 nəfər məsuliyyətə cəlb edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın “Joxovurd” qəzeti ikinci Qarabağ müharibəsi ilə əlaqədar təxminən 1 500 cinayət işinin qaldırılması barədə yazı dərc edib.

Hazırda bu cinayət işləri ilə bağlı Ermənistanın İstintaq Komitəsinin Baş İstintaq İdarəsində təhqiqatlar aparılır.

Məlumata görə, cinayət işlərində 12 500-dən çox insanın adı keçir.

“Bundan başqa, cinayət işləri üzrə təxminən 180 hərbi qulluqçu saxlanılıb, 500-dən çox insan məsuliyyətə cəlb edilib. Cinayət məsuliyyətinə cəlb edilənlərdən 12-si komandirdir. Onlar arasında yüksək vəzifəli zabit də var”, – qəzet qeyd edib.

“Joxovurd” qəzeti ikinci Qarabağ müharibəsində 3 300-dən çox hərbçinin həlak olduğunu, 9 000-dən insanın yaralandığını vurğulayıb.

 

 

İnterpress.az