Ermənistanda pizzadan zəhərlənənlərin sayı 98 nəfərə çatdıbackend

Ermənistanda pizzadan zəhərlənənlərin sayı 98 nəfərə çatdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda 98 nəfərin zəhərlənməsi ilə nəticələnən hadisə baş verib.

bu barədə “Azadlıq Radiosu”nun erməni xidməti məlumat yayıb.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, “Tashir pizza”nın iki filialında zəhərlənən və xəstəxanaya yerləşdirilən vətəndaşların sayı 98-ə çatıb.

Xəstəxanaya yerləşdirilənlərdən 53-ü Milli Yoluxucu Xəstəliklər Mərkəzində müalicə alır, onlardan 13-nün yaşı 18-dən aşağıdır.

“Ermənistan” Respublika Tibb Mərkəzində 32 vətəndaşa tibbi yardım göstərilir ki, onlardan 1 nəfəri 18 yaşadəkdir, 11 nəfəri Mikaelyan adına Cərrahiyyə İnstitutunda, 2 nəfəri isə Martuni adına tibb mərkəzindədir.

Üç nəfərin sağlamlıq vəziyyəti orta ağır, digərlərinin isə qənaətbəxş qiymətləndirilir. Onlardan biri evə buraxılıb.

“Tashir Pizza” komandası filialların müvəqqəti bağlanacağını açıqlayıb.

Problemin müəyyən edilməsi və həlli üçün bizim təşəbbüsümüzlə “Tashir Pizza” filialları müvəqqəti bağlanacaq. Hazırda aidiyyəti təftiş qurumları ilə birlikdə bütün lazımi tədbirlər görülür. “Müştərilərimizin sağlamlığı və təhlükəsizliyi bizim üçün prioritetdir”, – məlumatda deyilir.

Xatırladaq ki, Ermənistanda fəaliyyət göstərən “Tashir Pizza” restoranı sosial medianın erməni seqmentində böyük tənqidlərə tuş gəlib.

Müştərilərin çoxu öən gündən etibarən zəhərlənmə faktı ilə xəstəxanalara müraciət ediblər.