Ermənistanda rusiyalı hərbçilər qəzaya düşdü: Ölən varbackend

Ermənistanda rusiyalı hərbçilər qəzaya düşdü: Ölən var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda Rusiya hərbçilərinin olduğu yük avtomobili qəzaya uğrayıb.

Hadisə Ermənistanın Böyük Vedi rayonunda, İrəvan-Arazdəyən-Mehri avtomobil yolunun 80 kilometrliyində baş verib.

Qəza zamanı hərbi yük avtomobili təxminən 150 metr yuvarlanaraq dərəyə düşüb.

Hadisə nəticəsində bir nəfər yerindəcə ölüb, digəri xəstəxanaya yerləşdirilib.

Məlumatlara görə, ölən və yaralananlar Rusiya sərhəd qoşunlarının hərbçiləridir. Hazırda hadisə yerinə Rusiya sərhəd qoşunlarının əməliyyat-istintaq qruplarının gəlməsi gözlənilir.

Hadisənin səbəbləri məlum deyil.