Ermənistandan idxal edilən ərzaq məhsullarında nöqsanlar aşkarlanıb – Rosselxoznadzorbackend

Ermənistandan idxal edilən ərzaq məhsullarında nöqsanlar aşkarlanıb – Rosselxoznadzor

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyaya Ermənistandan gələn tədarüklərdə problemlər təkcə çiçəklərə deyil, meyvə-tərəvəzə də aiddir.

İnterpress.az xəbər verir ki, bu barədə Rosselxoznadzor-un rəhbəri məlumat verib.

Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin rəhbəri bildirib ki, Ermənistandan idxal edilən məhsullarla bağlı yaranmış çətinliklər yalnız çiçək məhsullarını əhatə etmir.

Məlumata görə, Ermənistandan gələn meyvə və tərəvəz tədarüklərində də müəyyən problemlər müşahidə olunur.

Qurum rəhbəri bu sahədə də fitosanitar tələblərə riayət olunması istiqamətində nəzarətin gücləndiriləcəyini vurğulayıb.

Xatırladaq ki, daha əvvəl qurum Ermənistandan çiçək idxalına müvəqqəti məhdudiyyətlər tətbiq edildiyini açıqlamışdı.

Xuraman Etibarlı

İnterpress.az