Eşitmə itkisi artıq qlobal epidemiya miqyasında yayılıb – Avstraliyalı terapevtbackend

Eşitmə itkisi artıq qlobal epidemiya miqyasında yayılıb – Avstraliyalı terapevt

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Eşitmə itkisi dünyada kütləvi problemə çevrilib.

İnterpress.az xəbər verir ki, bu barədə Avstraliyalı terapevt Qol məlumat verib.

Qolun sözlərinə görə, bu gün dünyada təxminən 1,5 milyard insan eşitmə itkisi problemi ilə üzləşib.

Mütəxəssis qeyd edib ki, maqnezium səs-küyün təsirindən yaranan eşitmə zədələnməsindən qorumağa kömək edə bilər.

Onun sözlərinə görə, əgər valideyn övladının qulaqlığında səslənən musiqini eşidirsə, bu artıq həddindən artıq yüksək səs deməkdir.

Qol əlavə edib ki, qadınlar 50 yaşına qədər kişilərdən daha yaxşı eşitmə qabiliyyətinə malik olurlar, lakin bu yaşdan sonra fərq azalır.

Mütəxəssis vurğulayıb ki, eşitmə itkisi olan hər bir insanda demensiya inkişaf etmir.

Onun sözlərinə görə, qulaqda səs (tinnitus) probleminin ən effektiv müalicə üsulu koxlear implantasiyasıdır.

Statistikaya əsasən, bu əməliyyatı keçirən ağır və dərin eşitmə itkisi olan xəstələrin təxminən 75%-i müalicədən fayda görür, onlardan 10%-də isə tinnitus tamamilə aradan qalxır.

Xuraman Etibarlı

İnterpress.az