Əskiparada vəziyyət GƏRGİNDİR: Polis kənddə kordon yaratdıbackend

Əskiparada vəziyyət GƏRGİNDİR: Polis kənddə kordon yaratdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polis Əskipara kəndində kilsənin yaxınlığında kordon yaradıb.

İnterpress.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Bildirilir ki, Qazaxın Əskipara kəndində Surb Astvatsatsin kilsəsinə bitişik ərazidə gərgin vəziyyət yaranıb.

Polis əməkdaşları və Milli Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlıları ermənilərin kilsəyə yaxınlaşmasına imkan vermir.

Məlumata görə, ermənilər kilsənin yaxınlığındakı ərazini minalardan təmizləməyə başlayıblar.

“Ərazi minalardan təmizlənir, çünki Ermənistanla Azərbaycan arasında razılaşma nəticəsində Bakıya təhvil veriləcək”, – ermənilər deyib.

Hazırda polis kordon yaradıb.

Din xadimlərindən biri xüsusi təyinatlılarına yaxınlaşanda onu içəri buraxmayıblar və sakinlər polis kordonunu yarmağa çalışırlar.

Xuraman Etibarlı

İnterpress.az