Everest dağında helikopterin qəzaya uğraması nəticəsində 5 nəfər həlak olubbackend

Everest dağında helikopterin qəzaya uğraması nəticəsində 5 nəfər həlak olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nepalda içində 6 nəfərin olduğu helikopterin Everest dağından qayıdarkən qəzaya uğradığı, ilk təsbitlərə görə 5 nəfərin öldüyü bildirilib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Everest dağından paytaxt Katmanduya qayıdarkən radarlardan itən helikopterin qalıqları Lamajura bölgəsində tapılıb.

Bildirilib ki, pilot və 5 əcnəbi turisti daşıyan helikopterin qalıqları arasından 5 nəfərin cəsədi tapılıb, bir nəfər isə hələ də itkindir.

Pilotun Nepal, turistlərin isə Meksika vətəndaşları olduğu qeyd edilib.

Mussonlar zamanı dağlara uçuşlar dayandırılır

Məlumdur ki, mussonlar zamanı bölgədə uçuşların gecikməsi və marşrutun dəyişdirilməsi adi haldır.

Everest zirvəsində görmə məsafəsinin azalması, musson yağışları və əlverişsiz hava şəraiti səbəbindən bölgədə alpinizm mövsümü may ayında başa çatıb, yay aylarında dağlara uçuşlar nadir hallarda baş verir.