FETÖ-nün ByLock ünsiyyət proqramını istifadə edənlər yaxalanıbbackend

FETÖ-nün ByLock ünsiyyət proqramını istifadə edənlər yaxalanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Konya və Isparta şəhərlərində 2-si qadın olmaqla 3 şübhəli FETÖ-nün gizli ünsiyyət proqramı “ByLock”dan istifadə etdikləri üçün saxlanılıb.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

İl Təhlükəsizlik Müdirliyi Qaçaqçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsi qrupları FETÖ/PDY-yə qarşı əməliyyat keçirib.

Konya və Ispartada həyata keçirilən əməliyyatlar zamanı təşkilatın “ByLock” adlı gizli ünsiyyət proqramından istifadə etdikləri iddia edilən 2-si qadın olmaqla 3 şübhəli saxlanılıb.

Şübhəlilərin ifadələrindən daha 46 FETÖ üzvü üzə çıxıb. 3 şübhəli polis bölməsindəki əməliyyatlarının ardından məsuliyyətə cəlb edilib.