Filippində daşqın və torpaq sürüşməsi nəticəsində 6 nəfər ölübbackend

Filippində daşqın və torpaq sürüşməsi nəticəsində 6 nəfər ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Filippinin Davao de Oro əyalətində daşqın və torpaq sürüşməsi nəticəsində 6 nəfər həyatını itirib, 1 nəfər isə itkin düşüb.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

Filippin Xəbər Agentliyinin (PNA) məlumatına görə, Davao de Oro Əyalət Fəlakətlərin Azaldılması Təşkilatı (PDRRMO) bölgədəki sel və torpaq sürüşmələrində 6 nəfərin öldüyünü, 7 nəfərin yaralandığını, 1 nəfərin isə hələ də itkin düşdüyünü bildirib.

13 min 711 ailə sel və sürüşmələrdən zərər çəkib.

Davao Əyalətinin Mülki Müdafiə direktoru Ednar Dayanghirang dünən keçirdiyi mətbuat konfransında 12 min 978 ailənin 183 müxtəlif təxliyə mərkəzinə yerləşdirildiyini bildirib.