Filippində hərbi təlim təyyarəsi qəzaya uğrayıb, 2 nəfər ölübbackend

Filippində hərbi təlim təyyarəsi qəzaya uğrayıb, 2 nəfər ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Filippinin şimal-qərbində Bataan əyalətində düyü tarlasına düşən hərbi təlim təyyarəsində iki nəfər ölüb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Filippinin Mülki Aviasiya İdarəsi (CAAP) Hərbi Hava Qüvvələrinə məxsus hərbi təyyarənin Bataan əyalətində düyü tarlasına çırpıldığını açıqlayıb.

Hərbi təyyarə paytaxt Manilanın cənubunda təlim uçuşu həyata keçirərkən qəzaya uğrayıb.

Qəzada həyatını itirən iki nəfərin cəsədi dağıntılar altından çıxarılıb.