Filippinin keçmiş prezidenti Duterte Haaqa Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən həbs edilib.
İnterpress.az xəbər verir ki, bu barədə ICC saytında məlumat yayılıb.
Bildirilir ki, Filippinin keçmiş prezidenti Rodriqo Duterte Haaqa Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) nəzarətinə verilib.
Onların xatırlatdığı kimi, Duterte Filippin hakimiyyəti tərəfindən insanlığa qarşı cinayətlər ittihamı ilə BCM-nin həbs qərarına əsasən həbs edilib.
Xuraman Etibarlı
İnterpress.az