“Financial Times”: Ukraynadakı müharibə 2025-ci ildə də davam edəcəkbackend

“Financial Times”: Ukraynadakı müharibə 2025-ci ildə də davam edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynadakı müharibə 2025-ci ildə də davam edəcək.

İnterpress.az xəbər verir ki, bu iddia ilə “Financial Times” nəşri çıxış edib.

Bildirilib ki, Rusiya bu ilin yayına qədər yeni genişmiqyaslı hücum planlaşdıra bilər: “Məqsəd Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərinin tam ələ keçirilməsi ola bilər. Bununla əlaqədər olaraq Ukrayna aktiv müdafiə strategiyasına keçir”.

Qeyd olunub ki, bu strategiya Ukraynaya 2025-ci ilə hazırlaşmağa imkan verəcək.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında müharibə 2022-ci il fevralın 24-də başlayıb. Ukrayna ötən ilin iyunundan əks-hücum əməliyyatları keçirir. Rəsmi Kiyevin mövqeyinə görə, Ukraynanın ərazi bütövlüyü tam təmin olunmadan müharibə başa çatmayacaq. Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl bildirmişdi ki, Qərb dəstəyi dayandırsa, ölkəsi geri çəkiləcək. ABŞ Ukraynaya yardımı dayandırıb. Bundan əvvəl xarici KİV yazmışdı ki, ABŞ Ukraynadan hücumdan müdafiə strategiyasına keçməyi tələb edir. ABŞ dövlət katibi Antoni Blinken daha əvvəl Ukraynanın çətin vəziyyətdə olduğunu bildirib.