Finlandiya məhdudiyyətləri bərpa edir: 10 ölkəyə sərhəd bağlanırbackend

Finlandiya məhdudiyyətləri bərpa edir: 10 ölkəyə sərhəd bağlanır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Finlandiya koronavirusla əlaqəli vəziyyətin pisləşməsi səbəbindən 10 ölkədən gələnlər üçün sərhəddəki məhdudiyyətləri geri qaytarmaq qərarına gəlib.

İnterpress.az-ın məlumatına görə, bu barədə ölkənin Daxili İşlər naziri Mariya Oxisala deyib.

Hökumət daxili sərhədlərdə (Şengen bölgəsi daxilində) səyahət məhdudiyyəti və nəzarətin Norveç, Danimarka, İslandiya, Almaniya, Yunanıstan və Maltadan gələn şəxslər üçün tətbiq olunacağını, eləcə də İrlandiya, San Marino, Yaponiya və Kipr üçün də məhdudiyyətlərin qaytarılacağını bildirib.

Qərar avqustun 24-dən qüvvəyə minir.

 

İnterpress.az