“Fintex Summit” tədbirinin tarixi açıqlanıbbackend

“Fintex Summit” tədbirinin tarixi açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyunun 16-17-də Bakıda “Azərbaycan Banklar Assosiasiyası” İctimai Birliyinin təşkilatçılığı ilə “Fintex Summit” – Maliyyə və Texnologiyalar Sərgisi keçiriləcək.

İnterpress.az xəbər verir ki, sərgi “Bank və Maliyyə Ekosistemində Yeni Trendlər İnnovativ Həllər, Fintexlər və Təhlükəsizlik” mövzusunda keçiriləcək.

Məlumata görə, sammit “VISA” beynəlxalq kart təşkilatı ilə tərəfdaşlıq çərçivəsində, Azərbaycan Mərkəzi Bankı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin dəstəyi ilə keçiriləcək.

Tədbirdə müzakirələr 8 panel çərçivəsində aparılacaq, 60 məruzəçi, 120 şirkət, sektoru təmsil edən 2 000 nümayəndə iştirak edəcək.

Qeyd edək ki, sammit ölkənin maliyyə-iqtisadiyyat sahəsində tənzimləyici və nəzarət orqanlarının rəhbərlərinin, kommersiya banklarının və maliyyə sektorunun digər iştirakçılarının yuxarı menecmenti, yerli və xarici biznes və ictimai təşkilatların rəhbərləri, beynəlxalq maliyyə institutlarının və xarici ölkələrin Azərbaycandakı səfirliklərinin, akademik dairələrin nümayəndələri, maliyyə və bankçılıq sahəsinə aid məhsul və xidmətlər təklif edən xarici və yerli şirkətlərdən iştirakçıları bir araya toplayan, regionun ən nüfuzlu maliyyə və bankçılıq tədbirlərindən biridir.