Fransa Ermənistana hava hücumundan müdafiə sistemləri verəcəkbackend

Fransa Ermənistana hava hücumundan müdafiə sistemləri verəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransanın müdafiə naziri Sebastyan Lekornu rəsmi səfərə gəldiyi Ermənistanın paytaxtı İrəvanda baş nazir Nikol Paşinyan və Ermənistanın müdafiə naziri Suren Papikyanla görüşündə Fransanın qısa, orta və uzun mənzilli yardıma hazır olduğunu açıqlayıb.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

Ermənistan hökumətinin YouTube səhifəsində canlı yayımlanan görüşdə baş nazir Nikol Paşinyan Fransa ilə müdafiə sahəsində əməkdaşlıq əlaqələrinə toxunub.

Paşinyan bəyan edib ki, Lekornunun səfəri Fransa müdafiə nazirinin ilk səfəri olub və Fransa Ermənistanın müdafiə və təhlükəsizlik sahəsində oriyentasiyalarının şaxələndirilməsi qərarı çərçivəsində müsbət cavab verən ilk ölkələrdən olub.

Tərəflər həmçinin Ermənistan ordusunda islahatlar, hərbi təlim, döyüş hazırlığı və digər sahələrdə Ermənistan-Fransa əməkdaşlığını müzakirə ediblər.

Ermənistanın rəsmi xəbər agentliyi “Armenpress”in xəbərinə görə, Fransa naziri Lekornu ilə müdafiə naziri Papikyan arasında da təmaslar olub.