Fransanın baş naziri Qabriel Attal hökumətin və Avropa İttifaqının (Aİ) kənd təsərrüfatı siyasətinə etiraz edən fermerlərin etirazlarından sonra pestisidlərin satışına qoyulan məhdudiyyətlərin yumşaldılacağını açıqlayıb.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
Milli mətbuatda yer alan xəbərlərə görə, Baş nazir Attal kənd təsərrüfatının müdafiə və təhlükəsizlik kimi “millətin əsas maraqları” arasında olmasını istədiyini bildirib.
Attal qeyd edib ki, fermerlərin davam edən etirazlarından sonra fermerlərin tələblərini yerinə yetirmək üçün yeni tədbirlər görüblər və bu tədbirlər pestisidlərin satışına qoyulan məhdudiyyətlərin yumşaldılması və Fransa kənd təsərrüfatı istehsalçılarının daha çox miqrant işçi işə götürməsinə yol açmaqdır.
“Fermerlərimizə qadağan olunanlar ölkəmizə daxil olmasın”.
Attal bildirib ki, fevralın 23-dən etibarən tozlandırıcı həşəratların sinir sistemini pozduğu müəyyən edilən tiakloprid pestisidi aşkar edilən qida məhsullarının idxalına qadağa qoyulub.
Attal fransalı fermerlərin istəyinə uyğun olaraq AB-nin pestisidlərdən istifadə qaydalarını “tam olaraq tətbiq etməyəcəklərini” və Paris Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində hökumətin yeni kənd təsərrüfatı siyasətini təqdim edəcəklərini bildirib.
Hökumət bu qərarla fransız fermerləri üçün xarici fermerlərə qarşı haqsız rəqabəti aradan qaldırmağı hədəfləyir.
Hökumətin və AB-nin kənd təsərrüfatı siyasətlərinə reaksiya verən fermerlər günlərlə traktorları ilə Paris və ətrafının yollarını bağlayıblar.
Fermerlərin etirazları ilə əlaqədar hökumət kənd təsərrüfatı sektorunda təkmilləşdirmələr aparmaq üçün bəzi tədbirlər görüb.
Bu tədbirləri kafi görməyən fermerlər fevralın 24-də keçiriləcək Paris Beynəlxalq Kənd Təsərrüfatı Sərgisinə qədər etirazlarını davam etdirəcəklərini açıqlayıblar.
Fevralın əvvəlində Fransa Aİ Komissiyasına xəbərdarlıq etdi ki, istehsalında tiaklopriddən istifadə edən məhsulların idxalı bütün Aİ ölkələrinə qadağan edilməlidir.