Fransada ələ keçirilən 8 min 659 tarixi əsər Türkiyəyə qaytarılacaqbackend

Fransada ələ keçirilən 8 min 659 tarixi əsər Türkiyəyə qaytarılacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoy Fransada ələ keçirilən 8 min 659 tarixi əsərin Türkiyəyə qaytarılacağını açıqlayıb.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

2019-cu ildə Qaçaqmalçılıqla Mübarizə Departamenti tərəfindən çoxlu sayda Anadolu mənşəli sikkə aşkarlanıb. Avstriyada başlanan istintaq Fransaya təhvil verilib. Fransa hüquq-mühafizə orqanları Türkiyədən qeyri-qanuni olaraq xaricə aparılmış bu əsərləri bazara çıxaran şəxslərə qarşı hərtərəfli və nümunəvi istintaqa başlayıb.